525.Az

Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlandı


 

Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlandı<b style="color:red"></b>

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
 
APA-nın məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.

Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.

 





24.04.2017    çap et  çap et