525.Az

Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər etdi


 

Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər etdi<b style="color:red"></b> ABŞ müdafiə naziri Ceyms Mettis Əfqanıstana səfər edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əvvəlcədən elan olunmamış səfər zamanı C. Mettis amerikalı hərbçilər və Əfqanıstan rəhbərliyi ilə görüşlər keçirəcək.
 
Pentaqon rəhbərinin səfəri bu ölkənin müdafiə naziri Abdulla Xan Həbibi və Quru Qoşunlarının qərargah rəisi Qədəm Şah Şəhinin istefa verdikləri zamana təsadüf edib. Hər iki yüksək vəzifəli hərbçi ötən həftə Taliban qruplaşması tərəfindən həyata keçirilən  və azı 170 nəfərin ölümünə səbəb olan hücuma görə istefaya gedib.
 





24.04.2017    çap et  çap et