525.Az

Sülh Platformasının Polşa üzrə sülh səfiri təyin edildi


 

Sülh Platformasının Polşa üzrə sülh səfiri təyin edildi<b style="color:red"></b> Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev platformanın üzvü olan Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Vitold Olejnik ilə görüş keçiriblər.
 
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə gələcək planlar müzakirə olunub.
 
V. Olejnik özü və sədri olduğu təşkilatın adından platformanın fəaliyyətini dəstəklədiyini, bu sahədə imkanlarını səfərbər edəcəyini bildirib.

Görüşün sonunda həmkoordinatorlar V. Olejniki Sülh Platformasının Polşa üzrə sülh səfiri elan ediblər.
 





24.04.2017    çap et  çap et