525.Az

Rza Zərrab hakim qarşısına çıxır


 

Rza Zərrab hakim qarşısına çıxır <b style="color:red"></b>

Müğənni Ebru Gündeşin əri, iş adamı Rza Zərrab bu gün yenidən hakim qarşısına çıxır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Zərrab haqqında 75 il həbs və 50 milyon dollar cərimə tələb olunan məhkəmədə iş adamını vəkillər qrupu müdafiə edəcək.

Bu qrupda ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliiani da yer alıb.

Qeyd edək ki, Ebru Gündeşin ərinin məhkəməsinə getmədiyi məlum olub.

 





24.04.2017    çap et  çap et