525.Az

Filarmoniyada “Dünya klassik musiqi irsi” adlı konsert keçirilib


 

Filarmoniyada “Dünya klassik musiqi irsi” adlı konsert keçirilib<b style="color:red"></b>

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Dünya klassik musiqi irsi”  musiqi layihəsi çərçivəsində konsert keçirilib.

Layihə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Ağaverdi Paşayevdir. 
Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”, Vasif Adıgözəlovun “Bayram süitası”, Fikrət Əmirov “Gözün aydın” musiqili komediyasından “Rəqs” və s. əsərlər səsləndirilib. 

Həmçinin, solistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Ehtiram Hüseynov, əməkdar artistlər Aybəniz Haşımova, Almaz Orucova, Xalq Artisti Simarə İmanova məşhur bəstəkarlarımızdan Cahangir Cahangirovun “Alagöz”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından parça, Fikrət Əmirovun “Azərbaycan elləri” və “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Niyazinin “Qaragilə”, Oqtay Kazımovun “Məhəbbət”, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, Əlibaba Məmmədovun “Min yaşa” və digər əsərləri ifa ediblər.

GÜNEL

 





02.05.2013    çap et  çap et