525.Az

Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olundu


 

Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olundu<b style="color:red"></b> Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə S. Lavrov görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz özümüz sanksiyalar məsələsinə toxunmuruq, bu məsələ istər-istəməz açılır. Çünki sanksiyalar Avropa İttifaqı ilə münasibətlərimizi təyin edən süni problemlərin bir hissəsidir", - deyə nazir söyləyib.
 
Rusiya XİN başçısı ikitərəfli münasibətlərdəki problemlərin müzakirəsinin vacibliyini qeyd edib:

"Sistemli problem olmasına baxmayaraq, bizim danışıqlar aparmaq istəyimiz var. Ümid edirik ki, baş verənlər sağlam qiymətləndiriləcək. Bütün hallarda biz qonşuyuq. Ən yaxşısı problemləri müzakirə etməkdir".
 





24.04.2017    çap et  çap et