525.Az

Suyun verilməsində fasilələr olacaq


 

Suyun verilməsində fasilələr olacaq<b style="color:red"></b>

Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında yenidənqurma işləri aparılır.

525.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün gün ərzində Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinin, Abşeron rayonunun Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 





01.10.2012    çap et  çap et