525.Az

Dağıstanda məktəbdə qumbara partladı: 1 ölü, 11 yaralı


 

Dağıstanda məktəbdə qumbara partladı: 1 ölü, 11 yaralı<b style="color:red"></b> Dağıstanda orta məktəblərin birində partlayış baş verib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nəticədə 1 şagird ölüb, 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.
 
Daxili İşlər Nazirliyinin məlumatına əsasən hadisəyə səbəb silahla ehtiyatsız davranış olub.
 
"Səkkizinci sinif şagirdlərindən biri sinifə əl qumbarası gətirib. Nəticədə sinifdə partlayış baş verib”, - deyə orta məktəbin direktoru Şamil Abakarov bildirib. Dərs zamanı qumbaranı atan uşaq polis bölməsinə aparılıb.
 





24.04.2017    çap et  çap et