525.Az

İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək


 

İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək<b style="color:red"></b> İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək.

Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumat verib.
 
Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.
 
M. İmanov qeyd edib ki, iclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.
 
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.
 
İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.
 





24.04.2017    çap et  çap et