525.Az

Bakı metrosunda qatar tuneldə qaldı


 

Bakı metrosunda qatar tuneldə qaldı<b style="color:red"></b> Bakı metropolitenində qatar tuneldə qalıb.

APA-nın məlumatına görə, hadisə “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

O, bildirib ki, Dərnəgül-Həzi Aslanov xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb.

Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.
 





25.04.2017    çap et  çap et