525.Az

Tillerson Şimali Koreyaya qarşı yeni sanksiyaları müzakirə edəcək


 

Tillerson Şimali Koreyaya qarşı yeni sanksiyaları müzakirə edəcək<b style="color:red"></b> Aprelin 28-də ABŞ-ın dövlət katibi Reks Tillerson BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı yeni sanksiyaları müzakirə edəcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
 
“BMT Təhlükəsizlik Şurasının üzvləri ilə keçiriləcək diskussiyalarda Şimali Koreyaya qarşı tədbirlər, o cümlədən, yeni sanksiyaların tətbiqi nəzərdən keçiriləcək”, deyə M.Toner bildirib.
 





25.04.2017    çap et  çap et