525.Az

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi


 

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi<b style="color:red"></b> ABŞ Xan-Şeyhunda kimyəvi hücumla əlaqədar Suriyaya qarşı sanksiyaları genişləndirib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə nazirliyinin bəyanatında bildirilir.
 
Məlumata əsasən, sanksiyalar Suriya hökumət qüvvələrinə kimyəvi silahdan istifadə etməyə  yardım edən elmi-tədqiqat mərkəzinə qarşı tətbiq edilib
 
Ümumilikdə, Suriya elmi araşdırmalar mərkəzinin 271 əməkdaşının adı sanksiya siyahısına düşüb.  Söhbət kimya üzrə mütəxəssislər, habelə 2012-ci ildən etibarən kimyəvi silah proqramı mərkəzində işləyənlərdən gedir.
 





25.04.2017    çap et  çap et