525.Az

MİDA dörd şirkətlə müqavilə imzaladı


 

MİDA dörd şirkətlə müqavilə imzaladı<b style="color:red"></b>

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" MMC dörd şirkətlə müqavilə imzalayıb.

"MİDA" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, dövlət şirkəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar fevralın 14-də 4 lot üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə "Hovers Group" MMC, Lot-2 üzrə "SMT İnşaat" MMC, Lot-3 üzrə "Caspian GLG" MMC və Lot-4 üzrə "Bakelektro" ASC qalib müəyyən edilib.

Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri bağlanılıb.

 





25.04.2017    çap et  çap et