525.Az

Kərəm Həsənov Minskdə keçirilən beynəlxalq konfransda


 

Kərəm Həsənov Minskdə keçirilən beynəlxalq konfransda <b style="color:red"></b>

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minskdə səfərdə olub.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, səfərin məqsədi 2016-cı ilin noyabrın 28-də Bakıda imzalanmış və Azərbaycan prezidentinin 15 fevral 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Saziş"lə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı müzakirələrin aparılması üçün ikitərəfli görüşün keçirilməsi, habelə Belarusda geodeziya və daşınmaz əmlakın kadastrı mövzusunda təşkil edilmiş beynəlxalq konfransda iştirak olub.
 
Səfər çərçivəsində nümayəndə heyəti Belarusun Dövlət Əmlak Komitəsində sözügedən qurumla təşkil edilən ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı qurumlar arasında mövcud olan ikitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində daşınmaz əmlak idarəçiliyi, o cümlədən  daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması və geoməlumatların yaradılması sahəsində fikir mübadiləsi aparılıb, bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də Azərbaycan və Belarus investorlarının qarşılıqlı şəkildə özəlləşdirmə prosesinə cəlb edilməsinin təşkili məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycanda reallaşdırılan islahatların tərkib hissəsi olaraq dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığı qeyd edilib. Bununla yanaşı, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və vahid dövlət kadastrının səciyyəvi xüsusiyyətlərindən danışılaraq, daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti geodeziya və daşınmaz əmlakın kadastrı mövzusunda Minsk şəhərində təşkil edilən beynəlxalq konfransda iştirak edib. Konfrans 6 sessiyadan ibarət olmaqla MDB ölkələrində geodeziya və daşınmaz əmlakın kadastrının müxtəlif aktual mövzularında dövlət təmsilçiləri, ictimai birlik, özəl sektor nümayəndələri və elmi işçilər tərəfindən həyata keçirilən təqdimatların dinlənilməsi və müzakirəsi formatında keçirilib.
 
Konfransda Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi tərəfindən "Azərbaycan Respublikasında torpaq münasibətlərinin inkişafının əsas istiqamətləri" mövzusunda təqdimatla çıxış edilib. Çıxış zamanı ölkəmizdə torpaq fondundan istifadənin cari vəziyyəti açıqlanıb, Azərbaycanda aparılan kadastr-yerölçmə işlərindən, torpaqlardan istifadənin məkan şərtlərindən, eləcə də ünvan reyestrindən bəhs edilib, dövlət torpaq ehtiyatlarının səmərəli istifadəsi və etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
 
İkitərəfli görüşdə və konfransın işində ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov da iştirak edib.

 





25.04.2017    çap et  çap et