525.Az

"Geosiyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyur"


 

"Geosiyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyur"<b style="color:red"></b>

"Hazırda Suriyada baş verən müharibə, Rusiyaya qarşı sanksiyaların yürüdülməsi və bir sıra digər geosiyasi hadisələr dünya iqtisadiyyatına və enerji resurslarının qiymətinə təsirsiz ötüşməyib".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün bu siyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyub:

"Bu hadisələr həmçinin neftin qiymətini aşağı salıb ki, bu da Xəzəryanı ölkələrin ümumi daxili məhsul istehsalına, ümumilikdə onların iqtisadiyyatına mənfi təsir edib".

 





25.04.2017    çap et  çap et