525.Az

Komitə sədri: "İqtisadi cəhətdən asılı qadınlar zorakılığa daha çox məruz qalır"


 

Komitə sədri: "İqtisadi cəhətdən asılı qadınlar zorakılığa daha çox məruz qalır"<b style="color:red"></b>

"Araşdırmalar göstərir ki, aztəhsilli, iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur".
 
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar:

"Xüsusilə, bu gün qadınlar texniki və maliyyə sahələrinə maraq göstərirlər. 2005-ci ildə 4 min qadın maliyyə və sığorta sahəsində çalışırdısa, 2015-ci ildə bu rəqəm 10 mindən çox olub. 2005-ci ildə tikinti sahəsində 5 min qadın çalışıb, 2015-ci ildə bu rəqəm 7 mindən çoxdur. 2012-ci ildə Azərbaycanda qadın sahibkarların çəkisi 17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib".

Komitə sədrinin sözlərinə görə, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün düşüb ki, onların 450 mini qadın, 309 mini uşaqdır.

H. Hüseynova qeyd edib ki, 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib.

 





25.04.2017    çap et  çap et