525.Az

"Söz qonağı" ədəbi məclisi toplanıb


 

"Söz qonağı" ədəbi məclisi toplanıb<b style="color:red"></b>

Yeni təsis edilmiş "Söz qonağı" ədəbi məclisinin ilk tədbiri keçirilib.

Tədbirdə giriş sözü ilə açan "Söz qonağı"nın təsisçisi şair İlham Qəhrəman bu xeyriyyə tədbirindən əldə olunan vəsaitin son vaxtlar səhhətində problem yaranan yazıçı Kənan Hacının müalicəsinə sərf ediləcəyini bildirib.

İlham Qəhrəman belə tədbirlərin ölkənin hər yerində keçirilə biləcəyini, sadəcə yerlərdə bunu arzulayan və təşkil etməyi bacaran insanlara ehtiyac olduğunu vurğulayıb.

Daha sonra gənc aşıq Seymur Laçınlının çıxışı ilə məclis başlanıb. Məclis iştirakçıları bədii qiraətçilər Zülfiyyə Eldarqızının və Gülnar Yusifqızının ifalarında Musa Yaqubun, Eldar Baxışın, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, Ağa Laçınlının, Musa Urudun, Qulu Ağsəsin, İlham Qəhrəmanın və Kənan Hacının şeirlərini dinləyiblər.

 





25.04.2017    çap et  çap et