525.Az

Ağcabədidə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir


 

Ağcabədidə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir <b style="color:red"></b>

Bugünlərdə Şirin Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rayon ziyalıları, təhsil işçiləri, müəllim və şagirdlər, media mənsubları iştirak ediblər.

Məktəbin direktoru Məlahət Tağıyeva yığıncağı açaraq, iştirakçıları salamlayıb. Qeyd edib ki, qüdrətli söz ustası, gözəllik, həqiqət və məhəbbət carçısı Molla Pənah Vaqifin yubileyi respublikamızın hər yerində böyük təntənə ilə ilə qeyd olunub. Bu cür tədbirlər şairə böyük sevginin parlaq təzahürüdür. Əlamətdar haldır ki, məktəbimizdə də belə gözəl tədbir təşkil olunub.

Direktor daha sonra yığıncağın təşkilatçıları - dil-ədəbiyyat müəllimi Gülnarə Sultanovaya, VIIIc sinfinin şagirdlərinə təşəkkürünü bildirib.

Məktəbin müəllimləri Nüşabə Əhmədova, Arifə Əliyeva, Nüşabə Abdullayeva öz məruzələrində M.P.Vaqifin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında rolu, sənətkarlıq xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.

Rayon Təhsil şöbəsinin nümayəndəsi şair Tofiq Zeynalov görkəmli sənətkarın əsərlərindən söhbət açıb, Vaqifə və Şuşaya həsr etdiyi şeirlərini oxuyub.

Digər çıxış edənlər də şair haqqında fikirlərini bölüşüblər.

Sonra məktəblilərin ifasında Səməd Vurğunun "Vaqif" dramından bir parça səhnələşdirilib. Şagirdlərdən Vüsal Babayev, Cəfər Ağamirov, Ramil İsmayılov, Ceyhun İsgəndərov, Elnur Ağamirov, Fəxrəddin Yaqubovun aktyorluq məharətləri, Nərmin Tağıyeva, Aliyə Abbasova, Qönçə İsmayılova, Nabat Həsənova, Rahilə Məmmədova və Fidan Əzizovanın Vaqifə məxsus şeirlərin ifası rəğbətlə qarşılanıb.

 





25.04.2017    çap et  çap et