525.Az

"Abşeron" yatağında hasilat 2020-ci ilin əvvəlində başlaya bilər"


 

"Abşeron" yatağında hasilat 2020-ci ilin əvvəlində başlaya bilər"<b style="color:red"></b>

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında hasilat 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində başlaya bilər.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bildirib.
 
"Düşünürəm ki, "Abşeron" yatağından ilk qazın hasilatı 2019-cu ilin sonunda - 2020-ci ilin əvvəlində başlaya bilər. Bu, optimal müddətdir. Bununla belə, 2019-cu il ən real müddət sayıla bilər. Çünki yatağın operatoru olan Fransanın "Total" şirkəti hasilatın ilk mərhələsində artıq SOCAR-ın mövcud olan infrastrukturundan istifadə edəcək", - deyə V.Bəylərbəyov qeyd edib.

O əlavə edib ki, hasilatın başlanılacağı müddətədək həyata keçirilməsi lazım olan infrastruktur işləri o qədər də böyük deyil: "Biz sadəcə ehtiyatlanaraq 2020-ci ili fokusda saxlayarıq".
 
Onun sözlərinə görə, perspektivdə "Abşeron" yatağından hasil olunan qaz Bakının Qaradağ rayonunda inşa ediləcək yeni neft-qaz emalı kompleksinə yönəldilə bilər: "Burada maye fraksiyaları emal olunaraq ayrılacaq, qazın özü isə daha sonra ixraca  göndərilə bilər".

 





25.04.2017    çap et  çap et