Azərbaycan "Şahdəniz" yatağında hasilata başlamaqla təbii qaz idxalçısından ixracatçısına çevrilib.
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində artıq işlərin 90%-i yerinə yetirilib və burada ciddi qənaət edilib: "Qənaət təxminən bu layihənin ümumi dəyərinin 25%-inə bərabər olub".
SOCAR rəsmisi bildirib ki, "Şahdəniz" yatağının işlənməsinin üçüncü mərhələsi və "Balaxanı" layının işlənməsindən sonra ölkədə qaz hasilatı artacaq.