525.Az

"Türkiyə Suriya və İraqa zərbələri koalisiya ilə razılaşdırmadan endirib"


 

"Türkiyə Suriya və İraqa zərbələri koalisiya ilə razılaşdırmadan endirib"<b style="color:red"></b> Türkiyə Suriya və İraqa zərbələri ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib.
 
“Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və “Peşmərgə”nin üzvləri də daxil olmaqla,  İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”, - deyə Toner bildirib.
 
Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir.
 
“Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi  həyati əhəmiyyət daşıyır”, - deyə Toner qeyd edib. 
 
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG)Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.
 





25.04.2017    çap et  çap et