525.Az

Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış oldu


 

Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış oldu<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
 
APA-nın məlumatına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görülən işlər barədə məlumat verib.
 
Bildirilib ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur.

Qeyd olunub ki, 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.
 
Dövlət başçısı burada quraşdırılan xüsusi interaktiv köşkə baxıb. Bildirilib ki, bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür.
 
Prezident İlham Əliyev neftçilərlə söhbət edib.
 





26.04.2017    çap et  çap et