525.Az

Suçiçəyinə yoluxanların sayı açıqlandı


 

Suçiçəyinə yoluxanların sayı açıqlandı<b style="color:red"></b> Bu il Azərbaycanda suçiçəyinə yoluxanların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, 2017-ci ilin I rübündə suçiçəyinə yoluxmaların sayı 5886 olub.

Onun sözlərinə görə, ötən ilin müvafiq yanvar-mart ayları ərzində respublikada suçiçəyinə yoluxmaların sayı 6628 idi:
 
"Bu isə o deməkdir ki, ötən ilə nisbətən suçiçəyinə yoluxanların sayı 11,2 faiz azalıb. Bütün respublika üçün bu rəqəmlər çox deyil. Suçiçəyi idarə olunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Buna görə də biz onun yalnız əks epidemik tədbirlər vasitəsilə azalmasına nail oluruq, xəstəliyin yayılmasının qarşısını alırıq. Peyvəndlə idarə olunan xəstəliklərin qarşısını ala bilirik".
 
A.Əliyeva əlavə edib ki, suçiçəyinə yoluxmaya əsasən əhalinin sayı çox olan böyük şəhərlərdə rast gəlinir.

Onun sözlərinə görə, ümumilikdə hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hadisələri əsasən payız-qış aylarında müşahidə edilir:

“Amma yay mövsümünə keçən zaman bu xəstəliklərə yoluxma hadisələrinin sayı azalır. Hazırda suçiçəyi daha çox məktəbyaşlı uşaqlar arasında müşahidə edilir. Əsasən məktəblilər arasında, mütəşəkkil kollektivlərdə bu xəstəliklərə rast gəlinir. Məktəblərdə belə hadisələrə rast gəlinsə də, bağçalarda isə belə hallara o qədər də rast gəlinmir. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində artım olmur. Xəstəlik tək-tək hallarda qeydə alınır".
 





26.04.2017    çap et  çap et