525.Az

Gənc şair "Tanrı qağaya ismarış"ı imzalayacaq


 

Gənc şair "Tanrı qağaya ismarış"ı imzalayacaq<b style="color:red"></b>

Mayın 6-da saat 12:00-da Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində gənc şair Tural Turanın yeni işıq üzü görmüş "Tanrı qağaya ismarış" adlı şeirlər kitabının imza günü keçiriləcək.

525.az-ın məlumatına görə, 72 səhifədən ibarət kitab, 1000 tirajla "ÇapArt" Nəşriyyatında çap olunub.

Şeirlər kitabının redaktoru filoloq Mətləb Mustafayevdir.

Məlumat üçün bildirək ki, gənc şairin üçüncü kitabı olan "Tanrı qağaya ismarış"da müəllifin yeni şeirləri toplanıb.

 





26.04.2017    çap et  çap et