525.Az

Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı Azərbaycanda


 

Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı Azərbaycanda<b style="color:red"></b> Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı, general Yaşar Gürel Azərbaycana səfər edib.
 
APA-nın “AA”-ya istinadən verdiyi xəbərə görə, Y. Gürel Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, və Türk şəhidliyini ziyarət edib.
 
Türkiyəli general Azərbaycanda daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşəcək.
 





26.04.2017    çap et  çap et