525.Az

"Azərbaycan öhdəliyi yerinə yetirən lider ölkələrdəndir"


 

"Azərbaycan öhdəliyi yerinə yetirən lider ölkələrdəndir"<b style="color:red"></b>

"Dünya birjalarında neft qiymətlərinin stabilləşməsi üçün OPEC və qeyri-OPEC ölkələri arasında danışıqların davam etdirilməsində maraqlıyıq".
 
"APA-Economics" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl-Falih Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan OPEC-ə daxil olmayan ölkə kimi neft qiymətlərinin stabilləşdirilməsi istiqamətdə mühüm addımlar atıb:

"Bizim məqsədimiz eynidir. Azərbaycan regionda hasilatın azaldılması ilə bağlı öhdəliyi yerinə yetirən lider ölkədir. Neft-qaz bazarında stabilliyin əldə olunması yalnız hasilatçılar üçün deyil, o cümlədən bütün bazar iştirakçıları üçün vacibdir".

 





26.04.2017    çap et  çap et