525.Az

"İşəgötürənlər işçilərin təhlükəsizliyinin mühafizəsi qaydalarına əməl etmir"


 

"İşəgötürənlər işçilərin təhlükəsizliyinin mühafizəsi qaydalarına əməl etmir"<b style="color:red"></b> "Ölkə üzrə bu ilin birinci rübündə 31 halda bədbəxt hadisə baş verib. Bunun çoxu tikinti sektorunun payına düşür. İki fakt qrup halında baş verən hadisələrdir. Bu hadisələr zamanı 10 nəfər həyatını itirib".
 
APA-nın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
O bildirib ki, 28 aprel əməyin mühafizəsi günüdür:
 
"Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır. Nəticədə ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb.

Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər, işçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər.

Təəssüf ki, bunlar edilimir. Bunun bir səbəbi də ölkədə Əmək Məcəlləsi əsasın Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır. Hazırda bunun üzərində iş gedir.
 
Hesab edirəm ki, yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq".
 





26.04.2017    çap et  çap et