525.Az

Tariximizin səhifələri qrafika və heykəltəraşlıq nümunələrində


 

Tariximizin səhifələri qrafika və heykəltəraşlıq nümunələrində<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Muzey Mərkəzində mayın 2-də "İRS". Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində" adlı sərgi açılacaq. Həmçinin Dövlət Rəsm Qalereyasının loqotipi təqdim ediləcək. Bu il ilk dəfə olaraq qalereyanın xüsusi tanınma nişanı (loqotipi) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin təşkilində əsas məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsindən, turistlərə mədəni xidmət göstərilməsindən, eyni zamanda, Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının mədəni proqramının zənginləşdirilməsindən ibarətdir. Sərgi mayın 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Qalereyanın fondunda 10 minədək incəsənət əsəri toplanıb. Bu əsərlər Azərbaycan rəssamlarının yaratdığı nadir sənət inciləri olmaqla yanaşı, respublikanın sərvətinə çevrilib. Qalereyanın fondunda elə sənət əsərləri var ki, onlar indiyədək sərgi salonlarında, qalereyalarda, muzeylərdə sərgilənməyib.

 





26.04.2017    çap et  çap et