525.Az

“FİA 2” uğurla davam edir


 

“FİA 2” uğurla davam edir<b style="color:red"></b>

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi uğurla davam edir. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Qrinviç” Təhsil Mərkəzi və “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı ilə keçirilən layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edir.

Birlikdən 525.az-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına qismən nail olmaqla, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədi ilə onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır.

Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində keçirilib. 19 aprel tarixində Bakı Ali Neft Məktəbində, 20 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Univeritetində, 25 aprel tarixində isə Azərbaycan Univeritetində gənclərin böyük marağına səbəb olan seminarlarda ümumilikdə 300 nəfərə yaxın gənc iştirak edib.

“Odlar Yurdu” Gənclər İB-nin sədri, layihənin müəllifi Nigar Ələsgərova bildirib ki, layihənin birinci mərhələsində ali təhsil müəssiələrində seminar və təlimlərin keçirilməsi davam edəcək. Təlimlər Bakı ilə yanaşı Gəncə şəhərini də əhatə edəcək.

Layihənin ikinci mərhələsində isə ölkənin müxtəlif regionlarını, həmçinin paytaxt gənclərini əhatə edən “FİA 2” adlı gənclər düşərgəsi keçiriləcək.

Sədrin bildirdiyinə görə eyni adlı layihə (“Fərdi İnkişaf Akademiyası-1)  2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində gənclər düşərgəsinin keçirilməsi ilə icra olunub.

Layihədən ümumilikdə 100 nəfər gənc düşərgədə iştirak edərək yararlanıb. Gənclərin böyük sevgi və rəğbətini qazanan layihə çərçivəsində onlara “Komanda işi və Liderlik”, ”Strateji  planlama”, “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” və s. məzmunda təlimlər keçirilib, yeni vərdiş və biliklər qazandırılıb. Layihənin faydalananlar çevrəsini genişləndirmək məqsədilə “Fərdi İnkişaf Akademiyası - 2” (FİA 2) layihəsi də uğurla icra olunur.

 





26.04.2017    çap et  çap et