525.Az

"Neftçi" ilə oyunöncəsi qələbə


 

"Neftçi" ilə oyunöncəsi qələbə<b style="color:red"></b>

Avropa Liqasında "Neftçi"nin rəqibi olan "İnter" klubu İtaliya A seriyasında növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Milan təmsilçisi doğma azarkeşləri önündə "Fiorentina" klubu ilə qarşılaşıb.

Görüş "İnter"in qələbəsi ilə başa çatıb. Fasiləyə qədər iki qol vuran Milan klubu ikinci hissədə üstünlüyünü qoruyub - 2:1. Bu qələbədən sonra "İnter" 12 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Qeyd edək ki, İtaliya nəhəngi Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də Bakıda "Neftçi"nin qonağı olacaq.

 





01.10.2012    çap et  çap et