525.Az

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıtdı


 

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıtdı<b style="color:red"></b> NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
 
Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
 
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
 





27.04.2017    çap et  çap et