525.Az

Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri Xalça Muzeyində


 

Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri Xalça Muzeyində<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsi çərçivəsində bir qrup gənc, o cümlədən, Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTK) fəal tələbələri Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.

Kollecdən 525.az-a verilən məlumata görə, tədbirdə YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov, YAP “Xalça Muzeyi” ərazi ilk partiya təşkilatının sədri, layihənin koordinatoru Fuad Rəsul və Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Gənclər Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə yaxından tanış olublar. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu gənclərdə xoş təəssürat yaradıb.

Tədbir çərçivəsində iştirakçı gənclərə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov tərəfindən xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri həmçinin xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verilib.

Sonda layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim edilib. Sertifikat alanlar arasında Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri də olublar.

 





27.04.2017    çap et  çap et