525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  20-22° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





27.04.2017    çap et  çap et