525.Az

"Hacı Qara" yeni quruluşda


 

"Hacı Qara" yeni quruluşda<b style="color:red"></b>

“Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" adlı ikihissəli komediyası əsasında yeni tamaşa hazırlanır. Belə ki, meydan tamaşası olan səhnə əsəri yeni təqdimatda nümayiş olunacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tamaşanın rejissoru, Əməkdar artist Loğman Kərimov deyib.

"M.F.Axundzadənin əsərləri bütün dövrlərdə müasirdir. Komediyada qabardılan problemlər bu gün də aktuallığını qoruyur. Böyük klassikimizin bu ölməz əsərini əsasən gənclərin ifasında və tam yeni bir formatda təqdim edəcəyik. Meydan üslubunda hazırladığımız "Hacı Qara" bir çox yeniliklərlə zəngindir. Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim olunacaq tamaşada sənət ocağının yeddi aktyoru iştirak edəcək. Premyeranın mayın ikinci ongünlüyündə baş tutması planlaşdırılır", - deyə L.Kərimov deyib.

Qeyd edək ki, musiqi tərtibatçısı Ülvi Cəfərov olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.

 





27.04.2017    çap et  çap et