525.Az

İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlandı


 

İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlandı<b style="color:red"></b> Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib.

Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.
 
Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.
 
Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq.
 





27.04.2017    çap et  çap et