525.Az

“Niderland Azərbaycan və Aİ arasındakı danışıqlar üçün təkliflər irəli sürüb”


 

“Niderland Azərbaycan və Aİ arasındakı danışıqlar üçün təkliflər irəli sürüb”<b style="color:red"></b> “Niderland irəli sürdüyü təkliflərin Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişə dair danışıqları gücləndirəcəyinə ümid edir”.
 
APA-nın xəbərinə görə, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.

Ölkəsinin Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara müsbət baxdığını söyləyən səfir Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunu bildirib:

“Avropa İttifaqının danışıqlara dair razılaşdırılmış mandatı var. Mandatın formalaşmasında da Niderlandın öz təklifləri olub. Danışıqların gedişində ayrı-ayrı dövlətlər öz təkliflərini verə bilər. Niderland bu danışıqları “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində nəzərdən keçirir.

Ümid edirik ki, Niderlandın təklifləri noyabrda “Şərq tərəfdaşlığı” sammitində aparılacaq danışıqları, o cümlədən, Aİ və Azərbaycan arasında imzalanacaq yeni sazişə dair aparılan danışıqları gücləndirəcək”.
 





27.04.2017    çap et  çap et