525.Az

Salyanda 38 əl qumbarası, 47 partladıcı, Göygöldə mərmi tapıldı


 

Salyanda 38 əl qumbarası, 47 partladıcı, Göygöldə mərmi tapıldı<b style="color:red"></b> Göygöl rayonunda top mərmisi aşkar edilib.
 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Göygöl rayonunun Aşağı Zurnabad kəndi ərazisində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunub.
 
Daşınması mümkün olmadığına görə mərmi yerində zərərsizləşdirilib.
 
Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.
 
Bundan əlavə, Salyan rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.
 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarına baxış keçirilib, təlim məqsədli 38 ədəd RQD-5 əl qumbarası və 47 ədəd UZRQM partladıcısı aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.
 
Əməliyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı əsasında keçirilib.

 





27.04.2017    çap et  çap et