525.Az

NATO Ceyrançöldə partlamamış hərbi sursatın təmizlənməsinə 100 min avro ayırdı


 

NATO Ceyrançöldə partlamamış hərbi sursatın təmizlənməsinə 100 min avro ayırdı<b style="color:red"></b> Azərbaycanın Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Macarıstan hökumətinin qərarına əsasən Sülh Naminə Tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən Etimad Fondu layihəsinə 100 min avro köçürülüb.
 
Bu barədə 525.az-a NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi olan Macarıstan səfirliyindən məlumat verilib.
 
Bildirilib ki, yardım bu il aprelin 20-də NATO-nun Dəstək Agentliyi hesabına həyata keçirilib. “NATO qərargahında keçirilən Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Ceyrançöl lahiyəsində Türkiyə üçüncü mərhələdə aparıcı ölkə kimi və Azərbaycan isə faydalanan ölkə olaraq Macarıstan hökumətinə öz minnətdarlığını bildirib ”- deyə səfirlikdən qeyd olunub.
 





28.04.2017    çap et  çap et