525.Az

Tələbələrin “Univiziya” II mahnı müsabiqəsi başlayır


 

Tələbələrin “Univiziya” II mahnı müsabiqəsi başlayır<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə mayın 3-dən 5-dək tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçiriləcək.

ATGTİ-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə “Birinci ol!” şüarı ilə keçirilən tələbələrin “Univiziya” mahnı müsabiqəsi ilk dəfə 2012-ci ildə reallaşdırılıb və müsabiqənin ilk qalibi Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov olmub. Ötənilki müsabiqədən fərqli olaraq bu müsabiqədə musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulmayıb.

Müsabiqənin yarımfinal mərhələsi mayın 3-də Heydər Əliyev Sarayında keçiriləcək. Yarımfinal mərhələsində 19 ali və orta ixtisas təhsili müəssisəsi iştirak edəcək. Final mərhələsinə 12 iştirakçı vəsiqə qazanacaq. Final mərhələsi mayın 5-də Heydər Əliyev Sarayında baş tutacaq. 

Tələbələrin “Univiziya” II mahnı müsabiqəsinin qalibi mayın 30-31-də Bakı şəhərində keçiriləcək Beynəlxalq “Univiziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək.

GÜNEL

 





03.05.2013    çap et  çap et