525.Az

Ağcabədi məktəblərindən "Bakı-2017"yə dəstək


 

Ağcabədi məktəblərindən "Bakı-2017"yə dəstək<b style="color:red"></b>

Xəzər dənizindən start götürən "Bakı-2017" ümumxalq səyahət turu Ağcabədiyə çatıb.

Turnir çərçivəsində rayonun Heydər Əliyev meydanında "Domestic Gerassoots" proqramı üzrə "Sports Joys" regional idman müsabiqəsi təşkil olunub.

May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb edilməsi məqsədi daşıyan maraqlı yarışmalar rəğbətlə qarşılanıb.

Tədbirə rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, təhsil, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirdə Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Naibə Mustafayeva, Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova və Gənclər-idman idarəsinin rəisi Rüfət Quliyev iştirak ediblər.

5 komanda arasında keçirilən müsabiqədə tamaşaçılar əyləncəli və rəngarəng oyunlara şahidlik ediblər. Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb.

Qalib komandanın üzvləri- Kənan Paşayev, Nicat Xasiyev, Lalə Cabbarzadə, Aysun Quliyeva ,Nərmin Hüseynzadə və başqaları məharətlə çıxış ediblər.

N.Mustafayeva qalib komandanın heyətini təbrik edib, onlara uğurlar arzulayıb.

Xatırladaq ki, yarışın şərtlərinə görə, qalib komandalar IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə qatılacaq.

 





28.04.2017    çap et  çap et