525.Az

Botaş International Limited şirkətinin rəhbərliyi BANM-də


 

Botaş International Limited şirkətinin rəhbərliyi BANM-də<b style="color:red"></b>

Dünən Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyənin Botaş International Limited ("BIL") şirkətinin prezidenti Erdoğan Tozan və Maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirilib.

Görüşdə sözügedən şirkət haqqında məlumat verilib, fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən, təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək belə bir imkanın Botaş tərəfindən yaradılması potensialının araşdırılmasını təklif edib. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafina xidmət edəcəkdir.

Şirkətin baş direktoru Erdoğan Tozan da öz növbəsində bu təklifə müsbət yanaşdıqlarını vurğulayıb və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirib.

Qeyd edək ki, Botaş International Limited şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.

S.QARAYEVA

 





28.04.2017    çap et  çap et