525.Az

Bakı Forumunda iştirak edəcək beynəlxalq təşkilat rəhbərlərinin siyahısı


 

Bakı Forumunda iştirak edəcək beynəlxalq təşkilat rəhbərlərinin siyahısı <b style="color:red"></b> Bakıda mayın 4-6-da keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək beynəlxalq təşkilatların rəhbərləri məlum olub.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə YUNESKO-nun Baş direktoru İrina Bokova, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi  Yusif bin Əhməd əl-Useymin, QDİƏT-in Baş katibi Maykl Kristides, İRSİKA-nın Baş direktoru Halit Eren, Ərəb Maqreb Birliyinin Baş katibi Tayeb Bakkos, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi  Ramil Həsənov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iştirak edəcək.
 
Üç gün davam edəcək Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
 





28.04.2017    çap et  çap et