525.Az

Rusiya Ukrayna sabiq baş nazirini beynəlxalq axtarışa verdi


 

Rusiya Ukrayna sabiq baş nazirini beynəlxalq axtarışa verdi<b style="color:red"></b> Rusiya Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuku beynəlxalq axtarışa verib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib.
 
O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.
 
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, istintaq həmin illərdə A. Yatsenyukun “Arqo” və “Vikinq” dəstələrin tərkibində Rusiyaya qarşı müharibə apardığını müəyyən edib.
 





28.04.2017    çap et  çap et