525.Az

Putin-Merkel görüşünün tarixi açıqlandı


 

Putin-Merkel görüşünün tarixi açıqlandı<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin mayın 2-də Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.
 
APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
 
Bildirilir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət, Minsk razılaşmalarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq.
 
Söhbət əsnasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, o cümlədən energetika, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərinə toxunulacaq.
 





28.04.2017    çap et  çap et