525.Az

"Nazarov bizim üçün çox vacib oyunçudur"


 

"Nazarov bizim üçün çox vacib oyunçudur"<b style="color:red"></b>

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya II Bundesliqasının 31-ci turunda “Vürsburger"lə qarşılaşacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Nazarov və onun 2 komanda yoldaşı - Paskal Kopk və Kristan Tiffert bu oyunda cəzalı duruma düşə bilər. Onların 3 sarı vərəqəsi var.

Qarşıdan gələn oyun haqda danışan komandanın baş məşqçisi  Domeniko Tedesko  aparıcı futbolçuların cəzalı durmua düşməsindən ehtiyat etdiyini deyib: "Mən taktikanın fanatı deyiləm. Oyunçular öləri məsuliyyətli dərk edir. Onlar ehtiyatlı olmalıdırlar. Tiffert, Kopk və Nazarov hazırda bizim üçün çox vacib oyunçulardır".

Qeyd edək ki, 18 komanda arasında 16-cı pillədə qərarlaşan Aue təmsilçisi aşağı liqay düşməmək uğrunda mübarizə aparır.

 





28.04.2017    çap et  çap et