525.Az

ADU-da “İslam Həmrəyliyi İli” çərçivəsində festival - Fotolar


 

ADU-da “İslam Həmrəyliyi İli” çərçivəsində festival - <b style="color:red">Fotolar</b> Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli adət-ənənələrimizi yaşadaq” adlı növbəti ədəbi-musiqili tədbir və “Azərbaycan inciləri” adlı festival keçirilib.

Universitetdən 525.az- verilən məlumata görə, artıq ənənə halını alan bu təşəbbüsün başlıca məqsədi ADU-da tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev tədbir iştirakçılarının Azərbaycan musiqisinə, muğamına qiymət verən insanlar olduğunu qeyd edib.

O bildirib ki, tədbir zamanı hər kəs bir daha Azərbaycan mədəniyyəti və musiqisinin möhtəşəmliyinin şahidi oldu:

“Milləti tanıdan bir çox milli komponentlər vardır ki, onlardan biri də musiqidir. Musiqi elə bir elementdir ki, onun tərcüməyə ehtiyacı yoxdur, çünki o, hisslərlə bağlıdır”.

Tədbirin məqsədi, mahiyyəti və gənc nəslin milli ruhda tərbiyə olunmasına verdiyi töhfələrdən bəhs edən Ə.Abdullayev belə tədbirlərin mütəmadi formada keçirilməsinin zəruriliyini sözlərinə əlavə edib.

O, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın müxtəlif bölgələrini əks etdirən stendlər nümayiş etdirilib, insanın daxili aləminə rahatlıq bəxş edən milli musiqimizdən nümunələr səsləndirilib.

Tədbir çərçivəsində universitetin foyesində Nəsimi rayonunda yerləşən 35 saylı tam orta məktəbin şagirdlərinin əl işləri də sərgilənib. Tədbir xarici və yerli qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələri hər ayın bir günü dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəlirlər.

Həmin günlə əlaqədar universitetdə ali təhsil müəssisələrinin rektorları, tanınmış KİV, xarici ölkələrin respublikamızdakı səfirlikləri və QHT təmsilçilərinin iştirakı ilə bir neçə ədəbi-musiqili tədbir keçirilib.
 





28.04.2017    çap et  çap et