525.Az

Britaniya Bahar Film Festivalının açılışı oldu


 

Britaniya Bahar Film Festivalının açılışı oldu<b style="color:red"></b> Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının açılışı keçirilib.

APA-nın məlumatına görə, festivalın açılış mərasimi "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyevə və “British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt film festivalı haqqında məlumat verib, nümayiş olunması planlaşdırılan ekran əsərləri barədə danışıblar.
 
Qeyd olunub ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunub.
 
Aprelin 28-dən mayın 4-dək davam edəcək festivalda qadın rejissorların lentə aldığı altı film təqdim olunacaq. Təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.
 





29.04.2017    çap et  çap et