525.Az

“Avropa İttifaqı Türkiyəilə danışıqları dayandırmayıb”


 

“Avropa İttifaqı Türkiyəilə danışıqları dayandırmayıb”<b style="color:red"></b> Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib.
 
“Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq”, deyə F.Moqerini vurğulayıb.
 
O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır.
 
Bununla belə, Avropa İttifaqı rəsmisi əlavə edib ki, qurum Konstitusiyaya dəyişikliklər qüvvəyə minərkən Venesiya komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun referendumun müşahidəsi ilə bağlı yekun hesabatından sonrakı tövsiyələrini nəzərə alınacağına ümid edir.
 
“Avropa İttifaqı sabit, təhlükəsiz, iqtisadi cəhətdən uğurlu və demokratik Türkiyədə maraqlıdır. Bu ölkə vacib tərəfdaş və bir sıra məsələlərdə aparıcı oyunçudur. Biz Türkiyəyə və ya türk xalqına zərər verə biləcək nə isə etmək niyyətində deyilik”, F.Moqerini bildirib.
 





29.04.2017    çap et  çap et