525.Az

FIFA prezidentinə qarşı araşdırma aparılır


 

FIFA prezidentinə qarşı araşdırma aparılır<b style="color:red"></b> FIFA-nın Etika komitəsi təşkilatın prezidenti Canni İnfantinoya qarşı araşdırmaya başlayıb.
 
APA-nın xəbərinə görə, bu barədə “Spiegel” nəşri yazıb.
 
Məlumata əsasən, araşdırmaya səbəb kimi C.İnfantinonun zimbabveli futbol funksioneri, milyonçu Filip Çiyanqva ilə əlaqəsi göstərilir.
 
Belə ki, Afrika Futbol Konfederasiyası prezidenti postuna seçkilər keçirilərkən F.Çiyanqva açıq şəkildə quruma 1988-ci ilвən rəhbərlik edən İssa Xayatuya qarşı çıxış edib. Nəticədə bu ilin martında baş tutan seçkilərdə Madaqaskar Futbol Federasiyasının başçısı Əhməd Əhməd qalib gəlib. “Spiegel”-ə görə, bundan əvvəl C.İnfantino  Filip Çiyanqvanın təşkil etdiyi tədbirlərə qatılıb, milyonçunun seçkilərə müdaxilə etməsinə imkan yaradıb.
 
Xatırladaq ki, isveçrəli Canni İnfantino 2016-ci ilin fevral ayından FİFA-ya rəhbərlik edir.
 





29.04.2017    çap et  çap et