525.Az

Braziliyada prezidentin evi qarşısında iğtişaş


 

Braziliyada prezidentin evi qarşısında iğtişaş <b style="color:red"></b> Braziliyanın San-Paulu şəhərində etirazçılar ölkə prezidenti Mişel Temerin evi qarşısında iğtişaş törədiblər.
 
APA-nın məlumatına görə, bu barədə yerli  “Globo” telekanalı xəbər verib.
 
Məlumata əsasən, hazırda M.Temer ölkənin paytaxtı Brazilia şəhərindədir. Buna baxmayaraq, etirazçılar ölkə başçısının yaşadığı binanı daşa basıb, fişənglər atıblar. Hadisə yerinə xeyli sayda polis cəlb edilib.
 
Hökumət əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları ölkə başçısının təklifi ilə nəzərdə tutulan pensiya islahatı və əmək qanunvericiliyinə dəyişikliklərə etiraz edirlər. Aprelin 28-də Braziliyanın əksər regionlarında ümummilli tətil keçirilir.
 





29.04.2017    çap et  çap et